29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gələn ilin büdcəsi parlamentin süzgəcindən keçib - RƏQƏMLƏR

09.12.2022

Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"DM"-nın məlumatına əsasən, layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 milyard 773 milyon 978 min manat, xərclər isə 33 milyard 353 milyon 278 min manat həcmində proqnozlaşdırılır.  

Yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçiriləcək.  

Gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının gəlirlərində, ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi zərurəti yaranıb.

Həmçinin Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş gömrük komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,6 milyon manat vəsait muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılıb.

Beləliklə, 2023-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artırılaraq 482,4 milyon manat təşkil edəcək.