29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokayev yeznəsini işdən çıxarıb

09.12.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Temirtay İzbastini Qazaxıstan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Tokayevin bacısının həyat yoldaşı olan Temirtay İzbastin 2019-cu ildən Bolqarıstanda səfirdir.

Qazaxıstanda 2022-ci il iyunun 5-də keçirilən respublika referendumunda dövlət başçısının qohumlarının siyasi dövlət qulluqçusu və kvazi-dövlət sektorunun rəhbərləri vəzifələrini tutmasını qadağan edən düzəlişlər qəbul edilib.

Qazaxıstan Respublikasının Litvadakı keçmiş səfiri Viktor Temirbayev Bolqarıstana səfir təyin olunub. Litvadakı səfir vəzifəsini 2021-ci ilə qədər Qazaxıstanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edən Timur Urazayev tutub.

Mənbə: İnformburo.kz