28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komandolarımız tapşırıqları uğurla icra edib

08.12.2022

Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında "Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.