29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB İranın əsas təbliğat kanalını bağlayıb

08.12.2022

Avropa Birliyi İranın məcburi etiraflar yayımlayan bir sıra media orqanlarına sanksiyalar tətbiq edib.

"DM" xəbər verir ki, sanksiya çərçivəsində "Utelsat” peyk kanalı İranın Dövlət Radio və Televiziya Şirkətinə tabe Press TV kanalının yayımını dayandıracağını açıqlayıb.

Avropa Birliyinin sanksiyalarının nəticələrini qiymətləndirən "Utelsat” İranda insan haqlarının pozulmasında rol oynayan Press TV kanalının rəhbərliyi ilə əlaqə saxlayaraq, kanalın verilişlərinin yayımını tezliklə dayandıracağını bildirib.

Qeyd edək ki, Press TV həm də İran hökumətinin ingilis dilində ideoloji təbliğat vasitələrindən biri sayılır.