29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Bankı: Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər

08.12.2022

2050-ci ilə kimi Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər.

"DM" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

O bildirib ki, Azərbaycanda ÜDM-in orta illik artımı 2024-2050-ci ilə kimi 1,7% təşkil edə bilər: " Bu, adambaşına düşən ÜDM-ə əhəmiyyətli təsir göstərir. Bu halda adambaşına ÜDM 2050-ci ilə qədər 10 250 ABŞ dollarına çata bilər və orta azərbaycanlını hazırkı artım trayektoriyası ilə müqayisədə 40 faiz daha zəngin edə bilər".

S.Mayk əlavə edib ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.