29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Finlandiyanın müdafiə naziri Ankarada səfərdədir

08.12.2022

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Türkiyəyə səfər edib.

"DM" xəbər verir ki, bu səfər Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutub.

Ankarada səfərdə olan Finlandiya müdafiə naziri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub.

Qeyd edək ki, bu gün müdafiə naziri Kaikkonen səfəri çərçivəsində türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu səfərdən əvvəl yaydığı bəyanatda bildirib ki, iki ölkənin müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu hələ ratifikasiya etməyib.