29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb

08.12.2022

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.

Bu barədə  mədən şirkətindən bildirilib. Məlumata görə, "Anglo Asian” Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət "Gilar"da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.

"Ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır",- deyə "Anglo Asian”dan bildirilib.

Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.