29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq

08.12.2022

"Yaxın günlərdə Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq”.

"DM"-nın məlumatına görə, bunu "Azərbaycan Turizm Sammiti - 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O qeyd edib ki, vətəndaşlarımızın Şuşaya səfərləri üçün işlər yekunlaşmaq üzrədir:

"Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır”.

Sədr əlavə edib ki, hazırda işğaldan azad olunan ərazilərin turizm potensialının qiymətləndirilməsi üçün işlər aparılır.