04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kriştiano Ronaldodan yeni REKORD

22.10.2018

Dünən İtaliya A Seriyasının 9-cu turunun "Genoa" ilə oyununda (1:1) fərqlənən İtaliyanın "Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 400 qol vuran ilk oyunçu kimi futbol tarixində yeni rekorda imza atıb.
TASS informasiya agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub. Kriştiano Ronaldonun adı builki "Qızıl top”a namizəd olan futbolçuların siyahısındadır.
Ronaldodan sonra bu göstərici üzrə 389 qolla "Barselona"nın hücumçusu Lionel Messidir.