29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda iki rayona polis rəisi təyin edilib

08.12.2022

Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib.

"DM"-nın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-yə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunaraq Qubadlı RPŞ-yə rəis təyin edilib.