29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı nazirdən UNESCO-ya çağırış: “Mandatınızı yerinə yetirin”

08.12.2022

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib.

"DM”-nın xəbərinə görə, A.Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb:

"Ancaq təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin