02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib

07.12.2022

"Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.

"DM" xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın "Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.