02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvilinin vəziyyəti kritikdir, həkimlər bacarmır

07.12.2022

Həkimlər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

"DM" xəbər verir ki, bu barədə həkim Tengiz Tsuladze məlumat verib.

"Xəstənin vəziyyəti xeyli pisləşib. Bu, kilo itkisi, idrak funksiyalarının pisləşməsi, polineyropatiya, həmçinin əzələ kütləsinin azalması, zəiflik ilə ifadə edilir. Xəstənin ayağa qalxması çətinləşir, təmasda çətinlik çəkir, qızdırması var. Davam edən müalicə səmərəsizdir. Xəstəni proaktiv rejimdə idarə etmək mümkün deyil və müalicə yanaşmaları müxtəlif fəsadlara cavab verməklə məhdudlaşır”, - həkim bildirib.