03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

07.12.2022

Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.