29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qeyri-maliyyə institutları və peşə sahiblərinə dair yeni məhdudiyyətlər müəyyənləşir

07.12.2022

Qəbul ediləcəyi halda gələn il fevralın 1-dən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunacaq.

"DM"-nın xəbərinə görə, qanun layihəsinə əsasən, həmin tələblər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunacaq:

- rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;

- notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:

- daşınmaz əmlakın alqı-satqısı;

- müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;

- müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;

- hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.