29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda ümumölkə tətili - SEPAH təhdid edib

06.12.2022

İranın 70-dən çox şəhərində bazarların bağlanması ilə müşayiət olunan ümumölkə tətillərinin ilk günündə İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq, tətillərə qoşulan etirazçıları təhdid edib.

"DM" xəbər verir ki, bəyanatda etirazçılara qarşı təhlükəsizlik qüvvələri tərəfindən qətiyyətli addımların atılacağı bildirilib.

"Ölkənin təhlükəsizlik, hüquq-mühafizə orqanları və Bəsic qüvvələri ağıllı davranaraq, ictimai təhlükəsizlik və asayişi pozan dələduz iğtişaşçıların qarşısını qətiyyətlə alacaq, silahlı quldurlar və düşmənlərin muzdlu terroçuları ilə mübarizədə sakit durmayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, İran etirazçıları "iğtişaşçı”, "Qərb dövlətləri tərəfindən idarə olunan düşmən” və "quldur” adlandırır.