03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müharibədə həlak olan 49 ukraynalı hərbçinin meyiti qaytarılıb

06.12.2022

Müharibədə həlak olan 49 ukraynalı hərbçinin meyiti qaytarılıb.

"DM" xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi "Facebook"da bildirib.

"Bu gün cəsədlərin növbəti təhvil-təslimi baş tutub - 49 qəhrəmanımızın meyiti Ukraynaya qaytarılıb. İndi biz hüquq-mühafizə orqanları ilə birlikdə mümkün qədər çox meyitin qaytarılması üçün əlimizdən gələni edirik. Bu son dərəcə çətin proseslərdə iştirak edən hər kəsə təşəkkür edirəm, çünki müdafiəçilərimizin yaxınlarının onlarla ləyaqətli şəkildə vidalaşması şərəf məsələsidir!" - itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko bildirib.

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi itkin düşmüş şəxslər üzrə müvəkkil təyin olunduğu vaxtdan bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçmiş 827 müdafiəçinin meyitini vətənə gətirməyə nail olduğunu bildirib.