05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki vəfat edib

06.12.2022

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.

"DM"-nın məlumatına görə, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.

E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.