29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroda eskalatora kimyəvi maddə sürtənlər saxlanılıb

06.12.2022

Bakı Metropoliteni QSC-də müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd edilib.

"DM" xəbər verir ki, b u barədə QSC məlumat yayıb.

Həmin şəxslər poliş əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Onlar atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

"Qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq. Eyni zamanda "Bakı Metropoliteni” sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir", - deyə səhmdar cəmiyyəti bəyan edib.