04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaşıqçının ölümü ilə bağlı daha bir - Şok detal

20.10.2018

Səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş Konsulluqda öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Habertürk” qəzeti məlumat yayıb.
İddiaya görə, Qaşıqçı konsulluğa daxil olduqdan 2 saat sonra onun paltarlarını geyinən başqa bir şəxs qəsdən ətrafdakı təhlükəsizlik kameralarına düşməyə çalışıb. Ərazidəki 4 təhlükəsizlik kamerasındakı görüntülərin incələnməsindən sonra binadan çıxan şəxsin Qaşıqçı olmadığı müəyyənləşdirilib. Qaşıqçının paltarları ilə konsulluğu tərk edən şəxs beləliklə dəlilləri qaraltmağa çalışıb.
Türkiyə tərəfinin sözügedən görüntüləri ortaya çıxarmasından sonra Səudiyyə Ərəbistanının cinayəti etiraf etməkdən başqa çıxış yolu qalmadığı bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqişə və dava onun ölümünə səbəb olub.