04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatın sözləri azərbaycanlıları hiddətləndirdi

20.10.2018

Biz gərçəkləri qəbul etməliyik.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi Ərdəbilin Tibb Universitetində danışarkən deyib. O, Heyran gədiyi ərazisinin Ərdəbil Əyalətindən qoparılıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərə toxunub:
"Bu məsələdə təkcə məntiqli olmaq yetməz, biz həm də gərçəkləri qəbul etməliyik. Tunelin o biri tərəfi ("Heyran gədiyi” nəzərdə tutulur – red.) Gilan Əyalətinə aiddir. Lakin biz həmişə olduğu kimi, bu ərazidə yol işlərinə nəzarət edirik və bununla bağlı məsuliyyət daşıyırıq”.
Onun sözləri Rəşt mətbuatı tərəfindən rəğbətlə qarşılansa da, azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub.
Qeyd edək ki, M.Feyzi bundan əvvəl Heyran gədiyi ilə bağlı baş verən hadisələr və ərazinin adının təhrif edildiyi zaman səssiz qalmağa üstünlük verib.