02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əhməd Obalı: "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirilir

05.12.2022

"Əxlaq polisinin ləğvi üç həftə əvvəl gözlənilirdi. Əslində son etirazlardan sonra əxlaq polisi faktiki ləğv olunub və onun funksiyaları SEPAH-a verilib”.

"DM" xəbər verir ki, bunu "İran yeni baxış bucağında" adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, "Gunaz TV"-nin rəhbəri Əhməd Obalı deyib.

Bununla belə, o, əxlaq polisinin ləğvi ilə məsələnin həll olunmadığını deyib.

"Əgər əvvəl etirazlar əxlaq polisinə qarşı başlamışdısa, bir həftə sonra bu, rejimə qarşı çevrildi. Cənubi Azərbaycanda "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirilir, digər bölgələrdə də oxşar şüarlar var. İran hökuməti belə qərarlarla yumşaq davranmağa çalışacaq, ancaq bu nəyisə dəyişməyəcək, xalq ədalət, azadlıq istəyir”, o əlavə edib.