02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Monqolustanda Hökumət Sarayına etiraz yürüşü edilib

05.12.2022

Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyaları başlayıb.

"DM" xəbər verir ki, hazırda etirazçılar Hökumət Sarayına yürüşlər edirlər. Polis ilk hücum cəhdinin qarşısını ala bilib, lakin etirazçılar geri çəkilmir və hücum davam edir.

Etirazlara səbəb isə ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlıdır. Mətbuatda Monqolustandan Çinə ixrac edilməli olan 12.9 milyard dollar dəyərində kömürün oğurlanması ilə bağlı məlumat yayılıb. KİV-də yayılan digər məlumata görə, Çin tərəfi rəsmi Ulan-Batora oğurluqda iştirak edən şəxslərin adlarını göndərib. İndi də etirazçılar hökumətdən həmin şəxslərin cəzalandırılmasını tələb edirlər.