01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gələn il Türkiyədə “Şuşa İli” elan oluna bilər

05.12.2022

Gələn il qardaş Türkiyədə "Şuşa İli”nin elan edilməsi planlaşdırılır.

Bu barədə Modern.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının deputat Şamil Ayrım məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə "Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb.

"Bununla bağlı hələ bir neçə ay əvvəldən danışıqlar aparılırdı. Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə "Şuşa İli” olacağı gözlənilir”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.