03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-də elektrik stansiyası gülləbaran olunub - FOTO

05.12.2022

Şimali Karolinada (ABŞ) elektrik yarımstansiyalarına hücuma görə komendant saatı tətbiq edib.

Belə ki, dekabrın 4-də naməlum şəxslər "Duke Energy” şirkətinin iki elektrik yarımstansiyasına atəş açıb, elektrik verilişində fasilələr yaranıb. Kommunal xidmətin işçiləri səhər işə gələndə qapıların sındırıldığını görüblər, həmçinin avadanlıqlarda güllə izləri aşkar olunub.

Hökumət nümayəndələri bunun planlı və məqsədyönlü hücum olduğunu ehtimal edirlər, ancaq motivin nə olduğunu bilmədiklərini deyiblər.

Nəticədə Mur qraflığının sakinlərinin təxminən 64%-i işıqsız qalıb.

FTB bununla bağlı araşdırmalara başlayıb.

Jurnalistlər Şimali Karolinanın mərkəzi bölgəsinin sakinlərinin soyuq havada bir neçə günü işıqsız keçirməyə məcbur olduqlarını vurğulayıblar. Həftənin ilk iş günü sosial qurumlar bağlı olacaq.