Bu ərazilərdə yollar buz bağlayacaq  
    
                          
     
                         05.12.2022
 
    
                        Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumaat görə, dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.