02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev İqor Levitini qəbul edib

05.12.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

"DM" xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.

Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.