02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirkət rəhbərinə cinayət işi açılıb

05.12.2022

Kat Holdinq MMC-nin rəhbəri əcnəbinin 3,5 milyon manatını mənimsəyib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmiş Kat Holdinq MMC-in təsisçisi və faktiki rəhbəri Elçin Bəşir oğlu Ələkbərovun Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru Mail Məcid oğlu İbadovun CM-nin 179.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərova Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən Kat Holdinq MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuş və hazırda dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Tərəfimizdən bildirilir ki, qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib.