02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarlı hava yollarda hərəkəti çətinləşdirib - FOTO

05.12.2022

Dekabrın 4-dən etibarən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti bir sıra yollarda hərəkəti çətinləşdirib.

"DM"-nın məlumatına görə, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy istiqamətində yollarda hərəkət iflic olub.

Sözügedən yollarda buzlaşma müşahidə olunur.

Hazırda yollara duz qarışıq qum səpilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərini gücləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Qərb bölgəsindəkı dağlıq ərazilərdə yağan qar, havanın temperaturunun enməsi, həmçinin bəzi yerlərdə duman olması nəqliyyatın hərəkətini çətinləşdirib:

"Bununla bağlı ərazi üzrə polis şöbələrinin yol polisi bölmələrinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə maksimum diqqətli olsunlar, nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər”.