02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron: Ukrayna xalqı münaqişə ilə bağlı qərar verməlidir

05.12.2022

Ukraynadakı münaqişənin həllinin yeganə yolu diplomatiyadan keçir.

"DM" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın CBS telekanalına müsahibəsi zamanı deyib.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayır.

"Rusiya prezidenti ilə müntəzəm olaraq müzakirələr aparıram, birbaşa əlaqə saxlayıram. Belə hesab edirəm ki, qarşılıqlı dialoqu bərpa etməyin ən yaxşı yolu bu ünsiyyət kanalını qoruyub saxlamaqdır”, – Makron qeyd edib.

"Ukrayna xalqı münaqişə ilə bağlı qərar verməlidir. Vəziyyətdən yeganə çıxış yolu danışıqlardır. Mən hər hansı hərbi variant görmürəm", - Fransa lideri vurğulayıb.

"Mən heç zaman qeyri-rəsmi proseslərdə iştirak etmirəm. Mən həmişə öz addımlarım barədə ictimaiyyətə məlumat verirəm. Hər dəfə Rusiya prezidenti ilə danışandan sonra ictimaiyyətə açıqlama verirdim", - deyə Makron, jurnalistin "Rusiya və Ukrayna nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparırsınız?” sualına cavab verib.