02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şolts Putini Rusiya qoşunlarını Ukraynadan çıxarmağa çağırıb

02.12.2022

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə Almaniya Kansleri Olaf Şoltsun ofisinin yaydığı press-reliz çox lakonik olub.

"DM"xəbər verir ki, Almaniya Kanslerinin ofisinin yaydığı press-relizdə Şolts-Putin telefon danışığının bir saata yaxın davam etdiyi bildirilib

"Almaniya Kansleri Rusiyanın Ukraynada mülki infrastruktura aviazərbələr endirməsini pisləyib və Almaniyanın Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiə qabiliyyətini təmin etməkdə dəstəkləməkdə qətiyyətli olduğunu vurğulayıb. Şolts Putini tezliklə Rusiya qoşunlarının çıxarılmasını ehtiva edən diplomatik həlli axtarmağa çağırıb”, - açıqlamada vurğulanıb.