06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın sürücü mağazaya "maşınla girib" - Video

02.12.2022

Xaçmazda "Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

"DM" Azərtac-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.