25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

400 il əvvəl batmış gəmi TAPILIB

20.10.2018

Arxeoloqlar Portuqaliya sahillərinin yaxınlığında 400 il bundan əvvəl batmış ticarət gəmisi aşkar ediblər.
Tarixçilər bu tapıntını "onilliyin kəşfi, Portuqaliya üçün isə tarixdə ən mühüm kəşf” adlandırıblar.
Gəmini Lissabonun yaxınlığındakı Kaşkayş şəhərinin həndəvərində 12 metr dərinlikdə aşkar ediblər.
BBC News agentliyinin verdiyi məlumata görə, batmış gəminin dövrəsində keramik qablar və üzərində Portuqaliyanın gerbi olan toplar səpələnib.
1575-1625-ci illərdə Avropa ilə Hindistan arasında ticarətin çox hissəsinə Portuqaliya nəzarət edirdi. Buna görə də arxeoloqlar hesab edirlər ki, bu gəmi məhz həmin dövrdə Hindistandan qayıdarkən batıb.