04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqu: Suriyada İŞİD tamamilə məhv edilib

20.10.2018

Rusiyanın dəstəyi ilə Suriyada üç il ərzində keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması tamamilə məhv edilib.
"Dövran Media"nın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.
"Ümumilikdə əməliyyatlar zamanı 87,5 min yaraqlı zərərsizləşdirilib, 1411 yaşayış məntəqəsi və Suriya ərazisinin 95 faizi azad edilib” , - o deyib.
Nazir qeyd edib ki, Suriya Hərbi Qüvvələri hazırda 90 faiz əhalinin yaşadığı əraziyə nəzarət edir.
"Rusiya Hərbi-Kosmik Qüvvələri əməliyyatlar zamanı 40 mindən çox uçuş, o cümlədən 21 gecə uçuşu həyata keçirib. Bu uçuşlar zamanı terrorçuların 122 min obyekti məhv edilib”, - deyə Şoyqu bildirib.
Sonda nazir əlavə edib ki, BMT-nin məlumatına əsasən, Suriyanı müharibəyə görə yeddi milyon insan tərk edib.