29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN rəhbərləri ayaqüstü söhbət ediblər

01.12.2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli ayaqüstü qısa söhbət edib.

"DM" xəbər verir ki, Polşada səfərdə olan XİN başçıları sessiyanın başlamasından öncə qısa söhbət ediblər.

Söhbət əvvəlcə Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında olub.

Daha sonra XİN başçısı Ceyhun Bayramov da söhbətə qoşulub.

Nazirlərin bir neçə dəqiqə çəkən üçtərəfli ayaqüstü görüşü zamanı nəyi müzakirə etməsi məlum deyil.