29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda strateji malların siyahısı hazırlanır

01.12.2022

Dövlət ərzaq ehtiyatları 3 istiqamətdə - səfərbərlik, strateji və fövqəladə istiqamətlərdə tədarük ediləcək.

"DM” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

Qeyd edilib ki, strateji istiqamətin özü də 3 hissədən ibarətdir: "Bura ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və, enerji ehtiyatları daxildir. Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq qanun layihəsi işlənib hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır”