29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko: Ukrayna NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

01.12.2022

Ukrayna istənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır.

"DM""BelTa”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O əlavə edib ki, Belarusun hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını açıqlayır.

"Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna istənilən bəhanə ilə çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları yaxın günlərdə Polşa ərazisinə raket hücumları təsdiqləyir”, - Lukaşenko vurğulayıb.

Prezident Lukaşenko eyni zamanda onu da qeyd edib ki, Belarus potensial rəqibini ölkəsinə qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilir.