29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvan Türkiyə və Ermənistan nümayəndələrinin sərhəddə görüşdüyünü təsdiqləyib

01.12.2022

Ermənistan və Türkiyə nümayəndə heyətləri noyabrın əvvəllərində iki ölkənin sərhədində görüş keçirib.

"DM""Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.

O, texniki heyətlərin görüşündə sərhədlərin açılması, körpülərin təmiri, sərhədlərin açılması halında hərəkətə nəzarət, gömrük nəzarəti, texniki hazırlıq və s. məsələlərin müzakirə olunduğunu deyib.

Vaan Unanyan görüşdə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 1 iyulda əldə etdiyi razılaşmaların icrasının müzakirə edildiyini əlavə edib.

Xatırladaq ki, bundan öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə-Ermənistan sərhədində iki ölkənin nümayəndələrinin görüşdüyünü və müzakirələr apardığını açıqlamışdı.