28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Rusiya üçün xüsusi tribunal yaradacaq

01.12.2022

Fransa öz beynəlxalq tərəfdaşları, o cümlədən Ukrayna ilə birlikdə Rusiyanın hərbi cinayətlərinin araşdırılması üzrə xüsusi tribunal yaratmaq təklifi üzərində işləməyə başlayıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiyanın təcavüzü zamanı Ukraynada törədilən cinayətlərin cəzalandırılması Fransa üçün prioritet təşkil edir. Ölkə həm Ukrayna ədliyyə sisteminin, həm də Beynəlxalq Cinayət Məhkəməsinin dəstəklənməsi üçün səfərbər olub. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi bu cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməsi üçün qərəzsiz və müstəqil araşdırmalar aparmaq hüququna malikdir.

"Rusiyanın Ukraynaya təcavüzü cinayətləri üzrə xüsusi tribunal yaratmaq təklifi əsasında biz avropalı və ukraynalı tərəfdaşlarımızla işə başladıq. Avropa Komissiyasının sədri Fon der Lyayenin vurğuladığı kimi, söhbət beynəlxalq birlikdə maksimum geniş konsensusa nail olmaqdan gedir”, - deyə məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, Paris Kiyevlə birlikdə cinayətlərin cəzasız qalmasına qarşı mübarizə işlərini dərinləşdirmək istəyini təsdiqləyib. Bununla bağlı noyabrın 29-da Ukraynanın xüsusi nümayəndəsi Anton Korineviçin Fransaya səfəri zamanı məlumat verilib.

Mənbə: Ukrinform