28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Türkiyənin hərbi əməliyyatına qarşıdır

01.12.2022

ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qəti şəkildə qarşı çıxır.

"DM" xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Türkiyənin müdafiə naziri Hulusi Akarla telefon danışığı zamanı deyib.

O, Suriyanın şimalında hərbi əməliyyatların genişlənməsindən, son hava hücumlarından narahatlığını ifadə edib:

"Bu, əməliyyatlardan bəziləri İŞİD-i məhv etmək üçün Suriyada yerli tərəfdaşlarla işləyən ABŞ hərbi heyətinin təhlükəsizliyini birbaşa təhdid edib”.

Pentaqon rəhbəri tərəfləri Suriyada gərginliyi azaltmağa çağırıb. Eyni zamanda, o, İstanbul partlayışı, Türkiyənin cənubunda törədilən sonrakı hücumlar nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib və ABŞ və Türkiyə arasında strateji münasibətlərin əhəmiyyətini bir daha təsdiqləyib.