02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin və Rusiya hərbi təyyarələri həyəcan yaradıb

30.11.2022

Noyabrın 30-da Yaponiya və Cənubi Koreya Çin bombardmançılarının və Rusiya hərbi təyyarələrinin Yapon dənizi üzərində uçuşu səbəbindən qırıcıları havaya qaldırıb.

"DM" xəbər verir ki, bu barədə "İnterfaks-AVN” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Yaponiya hava hücumundan müdafiə qüvvələri Tsusima boğazından Yaponiya dənizi üzərindən materikə doğru hərəkət edən iki Çin H-6 bombardmançısı və iki rus hərbi təyyarəsini aşkar edib.

Buna baxmayaraq, qırıcı və bombardmançıların hava məkanına daxil olmadığı qeyd edilib.