29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

STAR zavodunun açılış mərasimi keçirilib

19.10.2018

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib.
"Dövran Media"nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez çıxış ediblər.
Daha sonra neft emalı zavodunun açılışı elan olunub.
Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilir.
"Dövran Media" xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.
Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.
Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
Sonra xatirə şəkli çəkdirilib.
STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.