09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev 4 sərəncam imzaladı

19.10.2018

Azərbaycan Respubliası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
"Dövran Media" sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Prezident İlham Əliyev G.S.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Azərbaycanın bir qrup energetikinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin:
Ağasiyev İlham Əlibaba oğlu
Əliyev Ələkbər Məlik Məmməd oğlu
Xəlilov Seyfəddin Heydər oğlu.
***
İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abbasov Eldar Yunus oğlu

Ağabalayev Naib Nuxuddin oğlu

Ağayev İbrahim Hümbət oğlu

Əbdülzadə Mətləb Əbdül oğlu

Ələkbərova Qətibə Məhəmmədəli qızı

Əliyev Güloğlan Aslan oğlu

Əliyev İlham Nadir oğlu

Quliyev Elşən Həsənqulu oğlu

Mehdi Qadir Balamehdi oğlu

Məhəmmədəliyev Şahsuvar Nüsrət oğlu

Məmmədxanov Araz Sabir oğlu

Məmmədov Musa Məmməd oğlu

Məsimova Xalidə Məhəmməd qızı

Molodetski Nikolay Feliksoviç

Musayev Sahib Aslan oğlu

Mustafayev Tanırverdi Qiyas oğlu

Nəsirov Tahir İsa oğlu

Rüstəmov Dolu Həsən oğlu

Rzayev Emin Hüseynağa oğlu

Seyidov Elmar Əjdər oğlu

Süleymanova İradə Kamil qızı.