02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qənirə Paşayeva medalla təltif edilib

30.11.2022

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVB) rəhbər heyəti ilə görüşüb.

"DM" xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə AVMVB sədri Füzuli Rzaquliyev, AVMVİB NTK sədri Niyazi Quliyev, sədrin müşaviri Nəsibə İsrafilqızı və Səbayel rayon təşkilatının sədri Fəqan Nəbizadə iştirak edib.

I Qarabağ müharibəsi dövründə özü, II Qarabağ müharibəsi dövründə oğlu zabit kimi ön cəbhədə xidmətdə olan Füzuli Rzaquliyevin, onun silahdaşlarının və Birlik mənsublarının şəhid ailələri, yaralı qazilər, ümumən müharibə iştirakçıları ilə sıx təmasda olduğunu minnətdarlıqla qeyd edən Q.Paşayeva AVMVB-yə yeni uğurlar diləyib.

F.Rzaquliyev bildirib ki, Q.Paşayeva şəhid ailələri, qazilərə xüsusi diqqət göstərdiyinə görə AVMVB İdarə heyətinin qərarıyla "Zəfər” medalı ilə təltif edilib.

Q.Paşayeva nəcib təltif və xoş sözlər üçün təşəkkür edib.

Komitə sədri AVMVB rəhbərliyinə Xarıbülbül motivli xatirə hədiyyəsi təqdim edib