03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jalə Təbrizli : İranda türk qadınlar zülm görür

30.11.2022

"İranda bizim qadınlarımız uzun müddətdir zülmə məruz qalırlar”.

"DM" xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi  Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O qeyd edib ki, İrandakı İslam rejimi qadın haqlarını tanınmır:

"Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.