03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken ABŞ-İran matçını bu XİN rəhbərləri ilə birgə izləyib

30.11.2022

Prezident Co Bayden və dövlət katibi Entoni Blinken ABŞ yığmasının futbol üzrə Dünya Çempionatının qrup mərhələsində İran üzərindəki qələbəsini qeyd edib.

"DM" xəbər verir ki, Bayden oyundan öncə komandanın baş məşqçisi və oyunçuları ilə əlaqə saxlayaraq onlara qalib gələ biləcəklərini deyib.

"ABŞ bir, İran sıfır. ABŞ! ABŞ! Bu, böyük oyundur”, - Bayden kütlə qarşısında çıxışında deyib.

Həlledici oyunu ABŞ dövlət katibi Entoni Blinken Aspen-GMF Buxarest Forumunda iştirak edən digər ölkələrdən olan həmkarı ilə birlikdə izləyib.

Blinken oyundan sonrakı "Twitter" paylaşımında komandasının qələbəsinin ABŞ-ı qürurlandırdığını qeyd edib. Oyunu Blinkenlə yanaşı, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba izləyib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin də qələbə münasibətilə sosial şəbəkə hesablarında paylaşım edilib.

"ABŞ-ın futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası - İrəli!”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ qrup mərhələsinin son turunda İrana 1:0 hesabı ilə qalib gəlib.