03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gültəkin Hacıyevanı kim və niyə şikayət edib?

30.11.2022

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.

"DM" xəbər verir ki, bu barədə Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.

O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb:

"Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.

Gültəkin Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ölkəyə qayıdarkən aeroportda saxlanılmışdı.