03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfir: Orta Dəhliz Almaniya üçün də çox vacib layihədir

30.11.2022

Azərbaycan bizim Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşımızdır.

"DM" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

O bildirib ki, bu, təkcə Azərbaycanın neft-qaz ixracatçısı olması ilə bağlı deyil. Azərbaycanın eyni zamanda, gələcəyə yönəlik bərpa olunan enerji potensialı yüksəkdir.

Səfirin sözlərinə görə, Azərbaycan regionun ticarət mərkəzinə çevrilir.

"Bundan əlavə, Cənubi Qafqaz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin bir hissəsi kimi Azərbaycan çox önəmli ölkədir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, Avropa, o cümlədən Almaniya üçün böyük əhəmiyyət daşıyır”, - Almaniya səfiri əlavə edib.