29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-də mühüm görüşlər keçirib

30.11.2022

ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.

Bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra öz "Twitter” səhifəsində yazıb.

Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb.

"Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, - ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.

Görüşdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.