20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Kalın: “Ermənistanla sərhədin açılması üçün texniki işlər aparılıb”

29.11.2022

"Sərhədin açılması üçün texniki işlər aparılıb. Proses müsbət istiqamətdə davam edir”.

Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Haber7” telekanalına verdiyi xüsusi müsahibə zamanı ölkəsinin Ermənistanla sərhədlərinin açılması barədə sualı cavablandırarkən deyib.

İ.Kalın həmçinin Azərbaycan və Ermənistan münasibətlərini də şərh edib.

"Ermənistanla Azərbaycan arasındakı proseslərin sağlam şəkildə irəliləməsi zəruridir. Danışıqlar sağlam şəkildə davam etdirilir. 30 ildir qurulması mümkün olmayan əlaqələr bərqərar oldu. Qarabağ məsələsi həll olundu.

Eyni zamanda Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Müvafiq vaxt və şərtlər daxilində addımlar atıla bilər”, - deyə İbrahim Kalın qeyd edib.